Reklam resmi
Reklam resmi

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi

Sumqayıtda münaqişə bıçaqlanma ilə nəticələndi
Hadisə

Sumqayıt şəhərində tanışlar arasında baş verən münaqişə qanlı hadisəyə çevrilib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında yaranmış mübahisə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Sumqayıt münaqişə bıçaqlanma

Digər Xəbərlər