Qazaxda Ukrayna vətəndaşı ÇAYDA BOĞULDU
Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb. Çayda boğularaq ölən şəxsin kimliyi məlum olub.
Ajans.az APA-ya istinadən xəbər verir ki, Xram çayında boğularaq həyatını itirən şəxs Ukrayna vətəndaşı 1966-cı il təvəllüdlü Sergey Litvinovdur.
O, TIR sürücüsüdür, çayda çimən zaman boğularaq ölüb, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: