Reklam resmi
Reklam resmi

Supermarketlərin gizli oyunları: saxta endirimlər, qiymət fərqləri…

Supermarketlərin gizli oyunları: saxta endirimlər, qiymət fərqləri…
İqtisadiyyat

Ölkə ərazisində fəaliyyət göstərən supermarketlərdə endirimli göstərilən məhsulların kassada fərqli qiymətdə olması müştərilər arasında çaşqınlığa və inamsızlığa səbəb olur. Etiketlərin üzərində “kampaniya” adı ilə alıcının diqqətini çəkən məhsullar bəzən real qiymətləri əks etdirmir. Həmçinin, 0.99, 1.88, və ya 3.46 kimi qiymətlər vətəndaşların düşüncəsində cüzi qəpiklər ilə böyük fərqi gizlətməkdir. Nəticədə alıcı gün ərzində kiçik məbləğlər itirdiyini hiss etmir. Bununla yanaşı, bəzi endirimlər təklif edilir ki, o yalnız xüsusi market kartı olanlara şamil edilir. Lakin açıq şəkildə alıcılara göstərilmir. Belə hallar alıcılarda mağazalara qarşı inamsızlığa səbəb olur.

İqtisadçı ekspert Akif Nəsirli Ajans.az-a məlumat verib ki, dünyada fərqli satış üsulları mövcuddur. Həmçinin, ölkəmiz üçün də keçərlidir. Azərbaycanda ticarət şəbəkələrinin fəaliyyətinə dair hüquqi-normativ aktlar tam formalaşmayıb. Market, ticarət mərkəzlərinin müştəriyə yönəlik davranışlarını tənzimləyən hər hansı hüquqi, normativ akt yoxdur. Dünyada inkişaf etmiş ölkələrdə bu sahədə qanun və qərarlar mövcuddur. Bu qərarlar konkret tənzimlənməyə xidmət edir.

Ekspert söyləyib ki, Avropada marketə girən şəxsin əlindən çantasını almaq praktikası yoxdur. Müəyyən texnoloji üsullar ilə oğurluqların  qarşısı alınır. Bütün şəxslərə “oğru” kimi baxmaq birbaşa insan hüquqlarının pozulmasıdır. Kassada vətəndaşən aldanması marketinq manipulyasiyasının  bir növüdür. Satış yerində fərqli qiymətlər qoyulur. Lakin kassaya yaxınlaşdıqda daha yüksək qiymət ortaya çıxır. Müştəri də etiraz edəndə cavab verilir ki, endirimin vaxtı çoxdan bitib. Bu zaman müştəri endirimli qiymət ilə ödəniş etməlidir. Amma bir çox vətəndaşlar yüksək qiymət ilə razılaşırlar. 

Akif Nəsirli açıqlayıb ki, xırda qəpik məsələsi müştərini şirnikləndirmək üçün istifadə olunur. Bir tərəfdən ölkədəki xırda qəpiklərin işlənməsi prosesi artır. Digər tərəfdən isə, cüzi rəqəm fərqi müştəriyə psixoloji təsir edir. Bu da marketinqin cəlbedici üsullarındandır. Azərbaycanda bu üsul bir az fərqli şəkildə tətbiq edilir. 

Ekspertin sözlərinə görə, endirim kartlarının tətbiqi məsələsində marketlər, ticarət şəbəkələri haqlıdır. Marketlər özlərinə müştəri toplamaq üçün xüsusi kartlar hazırlayır. Bu üsul bir çox ölkələrdə tətbiq olunur. Kartı  və daimi müştərisi olmayan şəxslərə güzəştlər tətbiq edilmir. Kartlar mütəmadi alıcılara keçərlidir. Bu isə, qanun pozuntusu hesab edilmir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Akif Nəsirli Supermarketlər Saxta endirimlər Qiymət fərqləri

Digər Xəbərlər