Ajans.az xəbər verir ki, qəza Qaradağlı kəndi istiqamətində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 3-ü Ucar rayonu, 1-i isə Sumqayıt şəhəri sakini olmaqla dörd nəfər xəsarət alıb.

Yaralılar 1979-cu il təvəllüdlü Kəmalə Rəsulova, 1993-cü il təvəllüdlü İlkin Rəsulov, 1972-ci il təvəllüdlü Pərvanə Rəsulova və 1991-ci il təvəllüdlü Şərqiyə Quliyeva yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.