Yelləncəkdən yıxılan uşaq ağır XƏSARƏT ALDI
Gəncədə bədbəxt hadisə nəticəsində yeddi yaşlı uşaq xəsarət alıb.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanı adlanan istirahət parkında qeydə alınıb.
Yellənçəkdən yıxılan 2018-ci il təvəllüdlü Ayan Əliyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Uşağa lazımı tibbi yardım göstərilib vəziyyəti orta-ağırdır.
Mövzular: