Azərbaycanda meşə yanğını BAŞ VERDİ
Laçında meşə yanğını baş verib.
Ajans.az xəbər verir ki, yanğın böyük ərazilərə yayılıb, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib. Yanğının söndürülməsi üçün FHN-nin xeyli canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Mövzular: