Reklam resmi
Reklam resmi

Rusiyalı MMA döyüşçüsü evinin önündə GÜLLƏLƏNDİ - VİDEO

Rusiyalı MMA döyüşçüsü evinin önündə GÜLLƏLƏNDİ - VİDEO
Kriminal
377

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.

Ajans.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. 

Atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib. Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açması görünür.

Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar.

Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. İlkin məlumata görə, onun çiyin, bilək və döş qəfəsində beşə yaxın yara var.

Ajans.az hadisə anının görüntülərini sizə təqdim edir:

Mövzular:
MMA döyüşçü Dağıstan Rusiya Mahaçqala güllələnmə

Digər Xəbərlər