Bakıda Xocahəsən gölü ətrafında YANĞIN BAŞLADI - ANBAAN GÖRÜNTÜLƏR
Bakının Yasamal rayonu ərazisində, Xocahəsən gölü yaxınlığında yanğın baş verib.
Ajans.az xəbər verir ki, hadisə yerinə çoxsaylı Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının miqyası və səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.
Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Ajans.az hadisə yerindən ANBAAN görüntüləri sizlərə təqdim edir:
Mövzular: