Reklam resmi
Reklam resmi

Cəlilabadda içməli suyun verilişi BƏRPA OLUNDU

Cəlilabadda içməli suyun verilişi BƏRPA OLUNDU
Hadisə

Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.

Ajans.az "Report"-a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər.

Xatırladaq ki, Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanıb, ərazidən keçən böyük diametrli su borusu zədələnib. Bu səbəbdən 4 gündür ki, içməli suyun verilişində problem yaranıb.

Mövzular:
su içməli kəməri bərpa Cəlilabad

Digər Xəbərlər