Salyanda yanğın oldu -FOTO
Salyanda güclü yanğın baş verib.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın rayonun Xələc kənd yolunun üstündə baş verib.
Yanğın zamanı yol kənarında olan ağaclar və yaşayış evlərinin həyəti yanıb.
Hazırda əraziyə FHN-nin Salyan rayon üzrə yanğınsöndürən briqadasının əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma başlanıb, yanğının səbəbi hələlik məlum deyil.
Mövzular: