Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alan var
Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az Apa-ya istinadən xəbər verir ki, qəza rayonun Gərgər kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mövzular: