Ajans.az xəbər verir ki, Böyük Britaniya parlament komitəsinin hesabatında belə deyilir.

Parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi müəyyən edib ki, Tehranın hədə-qorxuları, o cümlədən Böyük Britaniyada yaşayan iranlı dissidentlərə fiziki hücum və onları öldürməklə hədələmə miqyasına görə Rusiyadan gələn təhlükə ilə müqayisə oluna bilər.

İyulun 10-da dərc olunan hesabat "Guardian"da dərc olunub.

Komitə həmçinin Böyük Britaniyanın ABŞ və Səudiyyə Ərəbistanından sonra İran kibercasusluğu üçün prioritet hədəf olduğunu müəyyən edib.