İlham Əliyev-Paşinyan görüşü: Qafqazda yeni mərhələnin başlanğıcı
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində görüş keçirilib. Heç bir vasitəçi olmadan baş tutan ikitərəfli görüşdə illərdir həllini tapa bilməyən bəzi məsələlər müzakirə edilib. Görüş həm iki ölkə, həm də digər dövlətlər üçün müəyyən əhəmiyyət kəsb edib.
Siyasi şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı Ajans.az-a fikirlərini bildirib.
Onun sözlərinə görə, İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş 5 saat davam edib. Görüşdə Qafqaz ərazisində yeni münasibətlərin təsdiqlənməsi prosesi gedir. Artıq müəyyən qədər Rusiya oyundan kənarlaşdırılır. Onun yerinə Qərb ölkələri, ABŞ fəallaşır.
Bu ölkələrin güc balansının Qafqaza necə təsir göstərməsi müzakirə edilən məsələlər sırasında olub. Bütün hallarda Azərbaycan üçün əsas mövzu yolun açılmasıdır. Görüşdən sonra texniki irəliləmənin olması qaçılmazdır.
Ekspert deyib ki, görüşün əsas məqsədi müzakirə edilən məsələlərin sonradan sürətlə həll edilməsidir. Ən əsası isə, müzakirələrdə reallığın qəbul edilməsidir.
Mövzular: