Gəncədə avtoqəza - Yeniyetmə qız xəsarət aldı
Gəncə şəhərində yeniyetmə qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 2009-cu il təvəllüdlü Sevinc Şəfiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşın xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlayıb.
Mövzular: