Gəncə-Moskva uçuşu bu səbəbdən TƏXİRƏ SALINDI
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, Gəncə-Moskva uçuşu təxirə salınıb. Bu barədə sərnişinlərdən biri məlumat verib. Məlumata görə saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00 dək təxirə düşüb. İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib. İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir
Mövzular: