Reklam resmi
Reklam resmi

Madrid məhkəməsi Ançelotti ilə bağlı QƏRAR VERDİ

Madrid məhkəməsi Ançelotti ilə bağlı QƏRAR VERDİ
İdman

İspaniyanın “Real Madrid” futbol klubunun sabiq baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.

Ajans.az xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar qəbul edib.

İspaniya qanunlarına görə, adətən, 2 ilə qədər həbs cəzası şərti xarakter daşıyır.

“Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edir və 2015-ci ilin vergi dövrü ilə bağlı ona bəraət hökmü çıxarır”, - məlumatda deyilir.

Qeyd edək ki, Ançelottinin məhkəməsi aprelin 2-də başlayıb. “Relevo” portalının məlumatına görə, ittiham tərəfi hesab edirdi ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız “Real Madrid”dəki maaşından vergi ödəyib, əlavə gəlir mənbələrindən yox. Borcun ümumi məbləği 1,062 milyon avro təşkil edib.

Mövzular:
İspaniya Real Madrid futbol klub məşqçi Ançelotti

Digər Xəbərlər