Reklam resmi
Reklam resmi

Bakıda moped piyadanı VURDU - VİDEO

Bakıda moped piyadanı VURDU - VİDEO
Hadisə

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.

Ajans.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.

"Bu gün axşam saatlarında Yasamal rayonu, Cəfər Cabbarlı və Bakıxanov küçələrinin kəsişməsində baş verən qəza piyadanın xəsarət alması ilə nəticələnib. Müşahidələr onu deməyə əsas verir ki, bəzi moped və motosiklet sürücüləri hərəkət zamanı piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməməklə onlar üçün real təhlükə yaradırlar. Daha çox kuryer xidməti göstərən belə sürücülərin yollarda tələskənlik etməsi, bu nəqliyyat vasitələrinin sürətlə idarə etmələri, xüsusilə də manevr etmə qaydalarını pozmaları yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped, motosiklet və skuter idarə edənlərə müraciət edərək bildirir ki, piyada keçidlərində piyadalara yol verilməsi baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və qəzaların sayının azalmasına müsbət təsir göstərir. Bu baxımdan hər biri sürücünü yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq", - deyə məlumatda bildirilir. 

Ajans.az hadisə anının görüntülərini sizlərə təqdim edir: 

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
DİN Mətbuat xidməti Moped Qəza

Digər Xəbərlər