Naxçıvanın bəzi məhəllələrində içməli su olmayacaq
Naxçıvanın bəzi məhəllələrində içməli su olmayacaq.
Ajans.az APA-ya istinadən xəbər verir ki, şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər 9 iyul tarixində gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Mövzular: