Reklam resmi
Reklam resmi

Mesut Özil akademiya qurur

Mesut Özil akademiya qurur
İdman

Keçmiş futbolçu Mesut Özil Ümraniyədə quracağı akademiyada dünya səviyyəli oyunçular yetişdirməyi hədəflədiyini bildirib.

Ajans.az trt spor-a istinadən xəbər verir ki,  Ümraniyespor ilə DBE Holding arasında imzalanan forma sırt sponsorluğu müqaviləsindən sonra mətbuat qarşısında danışan Mesut Özil razılaşmadan çox məmnun olduğunu bildirdi.

Razılaşmaya vasitəçilik etməyin onun üçün qürurverici olduğunu deyən Özil belə danışdı:
"Ümraniyədə akademiya açacağam. Ümraniyesporla birlikdə gənc nəsillərə dəstək olmaq və onların xəyallarına çatmasına kömək etmək istəyirəm. Məqsədimiz bu gənclərin həm Türkiyədə, həm də xaricdə ən yaxşı şəkildə özlərini təqdim etmələrini təmin etməkdir. Onları peşəkar səviyyədə dünya arenasına çıxarmaq üçün əlimizdən gələni edəcəyik."

Futbolu tərk etdikdən sonra müşahidələr apardığını və Türkiyədə infrastrukturun kifayət etmədiyini gördüyünü söyləyən Özil əlavə etdi:
"İstanbulda 16 milyon gənc var və onların çoxu futbolu çox sevir. Mənim bildiyim işdir, özüm də akademiyadan gəlmişəm. Oradakı sistemi buraya gətirmək istəyirəm. Komanda olaraq inanıram ki, gözəl işlər görəcəyik."

Özil dünyaca məşhur futbolçuların Türkiyəyə transfer olunmasının onu sevindirdiyini,akademiyanın 1,5 il ərzində hazır olacağını və 11-dən 19 yaşa qədər oyunçulara futbol üzrə hazırlıq keçiriləcəyini qeyd edib.

Mövzular:
Mesut Özil akademiya

Digər Xəbərlər