Reklam resmi
Reklam resmi

Sürücü avtomobili dərəyə aşırdı -  XƏSARƏT ALANLAR VAR

Sürücü avtomobili dərəyə aşırdı -  XƏSARƏT ALANLAR VAR
Hadisə

Samux rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Qarayeri-Qara Arx qəsəbə yolunda qeydə alınıb.

Qəsəbə sakini 1966-cı il təvəllüdlü Ayaz Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın dərəyə aşıb.

İlkin məlumata görə, qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Mövzular:
qəza avtomobil nəfər yaralı Samux

Digər Xəbərlər