Abşeronda dəhşətli partlayış, YARALILAR VAR - VİDEO
Xırdalan şəhərində yerləşən Abşeron Gənclər şəhərciyində partlayış baş verib.
Ajans.az xəbər verir ki, 11 mərtəbəli binanın 6-cı mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayışın dalğasından mənzilin şüşələri qırılaraq küçədə dayanan avtomobillərin və insanların üzərinə tökülüb.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb. Məlumata görə partlayışın baş verən mənzildə yaşayan baba və nəvəsi ağır xəsarət alıblar.
Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və Təcili Tibbi Yardım avtomobilləri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ajans.az hadisə baş verən mənzildən görüntüləri təqdim edir:
Bu gönderiyi Instagram'da gör