Reklam resmi
Reklam resmi

Hakan Fidan Sergey Lavrov ilə GÖRÜŞDÜ

Hakan Fidan Sergey Lavrov ilə GÖRÜŞDÜ
Siyasət

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Görüş Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİCS sammiti çərçivəsində baş tutub.

Görüş zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, enerji sahəsində əməkdaşlıq müzakirə olunub.

Görüşdə İsrailin bölgədə artan təcavüzünün yaratdığı risklər dəyərləndirilib, Qəzzada baş verənlər, İranın nüvə fəaliyyətləri, Əfqanıstandakı vəziyyət və digər regional məsələlər də müzakirə edilib.

Mövzular:
görüş Türkiyə Rusiya XİN BRİCS sammit

Digər Xəbərlər