"Barselona"nın əfsanəsi karyerasını BİTİRDİ
Kataloniya “Barselona”sının və İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta karyerasını başa vurduğunu açıqlayıb.
“Ajans” xəbər verir ki, futbolçu bu haqda sosial şəbəkə hesablarında yazıb.
Qeyd edək ki, İnyesta 2002-2018-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib, 650-dən çox oyun keçirib, 9 qat İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının, 6 dəfə İspaniya kubokunun qalibi olub.
O, 2018-ci ildə Yaponiyanın “Vissel Kobe” klubuna keçib və orada beş mövsüm çıxış edib.
İnyestanın son komandası 2024-cü ilin yayında azad agent kimi tərk etdiyi Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” olub.
Mövzular: