Reklam resmi
Reklam resmi

Təyyarədə "İlan" HƏYƏCANI- Uçuş 2 saat geçikdi

Təyyarədə \"İlan\" HƏYƏCANI- Uçuş 2 saat geçikdi
Hadisə

Avstraliyada daxili reysdə qeyri-adi hadisə baş verib. Virgin Australia şirkətinin Melburndan Brisbana uçan təyyarəsinin yük yerində aşkarlanan ilan uçuşun təxminən 2 saat gecikməsinə səbəb olub. Səlahiyyətlilər mütəxəssis tərəfindən zərərsizləşdirilən ilanın zəhərli olmadığını açıqlayıb.

Ajans.az xairici mətbuata istinadən xəbər verir ki, sərnişinlər Melburndan Brisbana gedən Virgin Australia reysinə minməyə başlayanda qeyri-adi hadisə baş verib.

Səlahiyyətlilər təyyarənin yük yerində təxminən 60 santimetr uzunluğunda ilan tapdıqdan sonra mövzu üzrə ekspert Mark Pelleyi çağırıblar.

İlanı tutandan sonra onun zəhərli olmadığını anlayan Pelley, "Onu tutana qədər çox təhlükəli görünürdü" dedi.

Hava limanı rəsmiləri ilan səbəbiylə uçuşun təxminən 2 saat gecikdiyi barədə məlumat paylaşıb

author picture
Tərlan Əmrahova
Mövzular:
Avstraliya Virgin Australia Uçuş Gecikmə

Digər Xəbərlər