Ömer Çelikdən Özgür Özələ reaksiya
AKP sözçüsü Ömer Çelikdən Özgür Özələ reaksiya: Demokratik siyasətin qarşısında dayanır!
Ajans.az sabah-a istinadən xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik, CHP-nin başqanı Özgür Özelin Prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə alan qalmaqallı ifadələrinə cavab verib. Ömər Çelik deyib: “Özgür Özelin seçilmiş Prezidentimizə və onun kabinetinə qarşı ‘xunta idarəsi’ ifadəsini işlətməsi onun demokratik siyasətə qarşı bir mövqedə dayandığının ən açıq göstəricisidir. Xalqın azad iradəsi ilə dəfələrlə seçki qazanmış Prezidentimizə qarşı bu cür ifadələr işlədən Özgür Özel, əslində yalnız özünün demokratiya və siyasət əleyhinə olan düşüncə tərzini açıq şəkildə göstərir.”
Mövzular: