Reklam resmi
Reklam resmi

Qazma platformasında FACİƏ: Ölənlər var

Qazma platformasında FACİƏ: Ölənlər var
Hadisə
551

Süveyş körfəzində dənizdə "Adam Marine 12" adlı qazma platforması batıb.

Ajans.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Misirin “Al Masry Al Youm” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər itkin düşüb.

İnsident Qırmızı dənizin şimalındakı Qebel əz-Zeyt bölgəsində, qurğu üç gəmi tərəfindən yedəyə alınarkən baş verib.

Son məlumata görə, 21 ekipaj üzvü xilas edilib.

Mövzular:
Qazma platforması Süveyş körfəzi "Adam Marine 12" ölüm

Digər Xəbərlər