Saraçhane mitinqindən sonra 42 nəfər saxlanıldı
CHP-nin Saraçxanədə keçirdiyi mitinqdən sonra polis bibər qazı ilə müdaxilə edib. Daxili işlər naziri Yerlikaya 42 nəfərin saxlanıldığını bildirib.
Ajans.az deutsche welle-ə istinadən bildirir ki, 19 mart tarixində İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı keçirilən əməliyyatdan sonra İBB rəhbəri Əkrəm İmamoğlunun həbsinin 100-cü günü münasibətilə Saraçxanədə mitinq təşkil olunub.
xarici mənbəyə görə, Saraçxanə parkında bir qrup nümayişçi iğtişaş törədərək polisə yad əşyalar atıb. Polis qüvvələri nümayişçiləri dağılışmaları barədə xəbərdar etsə də, dağılışmayan qrupa müdaxilə olunub.
ANKA-nın məlumatına görə, mitinqin sona çatmasından sonra Bozdoğan Kemərinə doğru irəliləmək istəyən izdihamla polis arasında qarşıdurma yaşanıb. Polis bibər qazı ilə müdaxilə edib və bəzi şəxslər saxlanılıb.
Müdaxilə zamanı saxlanılan jurnalistlər daha sonra sərbəst buraxılıb.
Daxili İşlər Naziri Ali Yerlikaya Saraçxanədə baş verən hadisələrlə bağlı verdiyi açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğana qarşı "təhqiramiz şüarlar atan" və "təhlükəsizlik qüvvələrinə müqavimət göstərən" 42 nəfərin saxlanıldığını bildirib. Yerlikaya sosial media hesabında verdiyi açıqlamada deyib: "Heç kim ölkəmizdə küçələri, meydanları millətin iradəsinə hücum məkanına çevirə bilməz. Heç kim azadlıq maskası ilə nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz."