Reklam resmi
Reklam resmi

İranın nüvə proqramı nə qədər zərər gördü?

İranın nüvə proqramı nə qədər zərər gördü?
Siyasət

Mütəxəssislərə görə, ağır bombardmanlara baxmayaraq İranın nüvə proqramı fəaliyyətini davam etdirir. Tehran rəhbərliyi beynəlxalq nəzarətçiləri qəbul etməkdən imtina etdiyi halda, Vaşinqton yeni hücum təhdidi ilə çıxış edir.

Ajans.az deutsche welle-ə istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi 28 iyun tarixində verdiyi açıqlamada bildirib ki, “İranlılar bir neçə ay, hətta daha qısa bir müddət ərzində bir neçə sentrifuqa mərhələsi ilə uranın zənginləşdirilməsinə yenidən başlaya bilərlər”. Lakin bu açıqlama ABŞ prezidenti Donald Trampın “İranın nüvə proqramı onillərlə geriyə atıldı” iddiası ilə ziddiyyət təşkil edir.

ABŞ 22 iyun tarixində keçirilən “Operation Midnight Hammer” (Gecəyarısı çəkici əməliyyatı) çərçivəsində hər biri 13.600 kiloqram ağırlığında olan 14 ədəd GBU-57 bunker dağıdıcı bomba və 30 ədəd Tomahawk qanadlı raketindən istifadə edib. Hücumun hədəfi olan üç əsas nüvə obyekti Fordo, İsfahan və Natanz idi. İstifadə olunan bombalar yerin dərinliyində yerləşən möhkəm strukturları məhv etmək üçün yüksək partlayıcı gücə malik olmaqla dizayn olunmuşdu.Nəzarət getdikcə çətinləşir
ABŞ Prezidenti Donald Tramp hücumlardan əvvəl verdiyi açıqlamada İranın nüvə materialı ehtiyatlarını başqa yerə daşımasının çox ehtimal olunmadığını bildirib və deyib: “Bu, çox çətin olardı, üstəlik biz çox qısa müddət əvvəl xəbərdarlıq etdik.”

Silahlanma üzrə ekspert Lewis isə əməliyyatın uğur nisbətini 50 faiz olaraq qiymətləndirir:

“Hərbi əməliyyat İrana ciddi ziyan vurdu, lakin eyni zamanda onların bu hücumdan sağ çıxa bildiklərini də gördük.”

ABŞ Dövlət katibi Marko Rubio, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (UAEA) müfəttişlərinin obyektləri ziyarət etməsinin vacibliyini bildirib. UAEA-nın direktoru Rafael Qrossi, hücumlardan sonra zənginləşdirilmiş uran ehtiyatlarını yoxlamaq üçün İranda zərər görmüş obyektlərə giriş icazəsi istəmişdi. Lakin Tehran rəhbərliyi bu tələbi rədd edir. İran Parlamenti İsrail və ABŞ-ın hücumlarını rəsmi şəkildə qınamayan UAEA ilə əməkdaşlığın dayandırılmasına qərar verib.

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iyunun 26-da dövlət televiziyasına açıqlamasında bildirib: “Nüvə obyektlərimizin təhlükəsizliyi təmin edilənə qədər İran Atom Enerjisi Təşkilatı UAEA ilə əməkdaşlığı dayandıracaq.”

Berlin mərkəzli Elm və Siyasət Fondundan siyasi ekspert Həmid Rza Azizi isə bu qərarın UAEA-nın İranda nüvə fəaliyyətlərini yoxlamasını xeyli çətinləşdirdiyini bildirir. Azizi əlavə edir ki, ABŞ 2018-ci ildə “Ortaq Hərtərəfli Fəaliyyət Planı”ndan (JCPOA) çıxdıqdan sonra İran öhdəliklərini tədricən azaltdı.

JCPOA çərçivəsində İran bütün nüvə fəaliyyətlərini Beynəlxalq Atom Enerjisi Agentliyinə (UAEA) şəffaf şəkildə bildirmək öhdəliyi daşıyırdı. Lakin 2019-cu ildən bəri UAEA-nın İranla bağlı müşahidələri getdikcə daha bulanıq və qeyri-müəyyən hala gəlib.

Trampdan yeni hücum təhdidi
İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın nüvə obyektlərinə yönəlik hücumlarını pisləyərək “Bunlar təsirsiz hücumlardır, ciddi nəticə əldə edə bilmədilər” demişdi. İran dövlət mediası və rəsmiləri də hücumların zərər vurduğunu qəbul etsələr də, bunun “fəlakət səviyyəsində nəticələr doğurmadığını” iddia edirlər.

Digər tərəfdən, ABŞ Prezidenti Tramp iyunun 28-də Ağ Evdə keçirdiyi mətbuat konfransında “Əgər İran uranı təhlükəli səviyyədə zənginləşdirərsə, heç tərəddüd etmədən yenidən hücum edəcəyik” deyərək Tehran hökumətinə yeni xəbərdarlıq edib.

Mövzular:
İran İsrail

Digər Xəbərlər