Beyləqanda yol qəzası BAŞ VERDİ
Beyləqanda yük maşını ilə minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Şərq qəsəbəsi adlanan ərazidə baş verib.
Hərəkətdə olan "MAN" markalı yük maşını "Nissan" markalı minik maşını ilə toqquşub.
01.07.2025-ci il saat 18:00 radələrində Beyləqan rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1978-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin sıyrıqları, 1989-cu il təvəllüdlü şəxsə isə sağ dizin açıq yarası, sol dizin sınığı, bədənin müxtəfil nahiyələrinin sıyrılmış yaraları diaqnozu təyin edilib.
Nəticədə minik maşınında olanlar 1977-ci il təvəllüdlü Abdullayev İlham və 1989-cu il təvəllüdlü Umudzadə Rəşail müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
"1978-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1989-cu il təvəllüdlü şəxs isə ixtisaslı tibbi müayinə olunması üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub", - deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.