Reklam resmi
Reklam resmi

Rusiya Azərbaycan üçün TƏHLÜKƏ YARADA BİLMƏZ

Rusiya Azərbaycan üçün TƏHLÜKƏ YARADA BİLMƏZ
Gündəm

Son günlər Rusiyanın Azərbaycana qarşı qərəzli mövqeləri artıb. Rusiyada soydaşlarımızın döyülərək öldürülməsi, bir çox sahibkarların iş yerlərində zülmə məruz qalmaları gündəmi zəbt edib.

Ajans.az mövzu ilə bağlı   "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlüdən açıqlama alıb.

O bildirib ki, bu durumun yaranması Rusiyanın müəyyən qruplarının yanlış siyasətidir. Onlar yanlış siyasət ilə Azərbaycanı itirə bilərlər və Cənubi Qafqaz siyasətlərinə ciddi zərbə dəyə bilər. Çünki Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. 

Mübariz Göyüşlünün sözlərinə görə ölkəmiz həmişə qonşuluq siyasətinə diqqətli yanaşma göstərib. Lakin qonşularımızdan eyni münasibəti görə bilmirik. Ölkə olaraq da, buna etirazımızı bildiririk. 

“Rusiyanın qərəzli mövqeyi bizim üçün heç bir təhlükə yarada bilməz. Azərbaycan Afrikanın banan ölkəsi deyil ki , kimsə gəlib öz maraqlarını burada diqtə etsin”.-deyə, ekspert söyləyib.

author picture
Zərif Sofiyeva
Mövzular:
Rusiya Azərbaycan Təhlükə

Digər Xəbərlər