Rusiya müstəntiqləri Yekaterinburqda saxlanılanlardan birinin ölüm səbəbini açıqlayıb
İstintaq Komitəsi Yekaterinburqda həbslər zamanı iki nəfərin öldüyü barədə məlumat yayıb.
Ajans.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yekaterinburqda saxlanılanlardan birinin ölümünə səbəb ürək çatışmazlığı ola bilər. Bu barədə Rusiya İstintaq Komitəsi (İK) Telegram kanalında məlumat yayıb.
İdarədən verilən məlumata görə, hazırda ikinci şəxsin ölüm səbəbləri müəyyənləşdirilir. Cinayət işi üzrə 14 axtarış, 11 nəqliyyat vasitələrinə və qeyri-yaşayış sahələrinə baxış keçirilib, 10 şahid dindirilib.
Mövzular: