Tərtərdə ferma yandı- Fermerə ciddi ziyan dəydi
Tərtərdə fermada yanğın olub.
Ajans.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb. Kənd sakini Valeh Səfərova məxsus fermanın çardağında ot bağlarında qəfil yanğın olub. Hadisə nəticəsində fermerin 2500 ot bağlaması və üç baş inəyi tələf olub.
Mövzular: