Bakıda kişi “lyuk”a düşdü: İki gündür tapılmır - Video
Bakıda yol gedən kişi kanalizasiya lyukuna düşüb.
Ajans.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Baksol" deyilən yolda baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və müvafiq qurumların əməkdaşları cəlb ediliblər. İki gündür axtarılan şəxs tapılmır.
***
Dünən axşam saatlarında bir nəfərin "Baksol" adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.
Onun sözlərinə görə, axtarışlar aparılır.
***
Bu gönderiyi Instagram'da gör
Mövzular: