Reklam resmi
Reklam resmi

Dağda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dağda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə İsmayıllı rayonunda dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Ajans.az xəbər vereir ki, bu barədə FHN məlumat verib.

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, dağlıq ərazidə 1962-ci il təvəllüdlü şəxsin ayağından zədə alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər", - deyə məlumatda bildirilib.

Mövzular:
FHN İsmayıllı Xilas etmə

Digər Xəbərlər