Reklam resmi
Reklam resmi

Tovuzda DƏHŞƏT: Zəhərlənənlərin sayı 36-ya ÇATDI

Tovuzda DƏHŞƏT: Zəhərlənənlərin sayı 36-ya ÇATDI
Hadisə

36 nəfər zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Hospitalizasiya edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

Hazırda onların müalicəsi xəstəxananın təcili yardım şöbələrində davam etdirilir. Xatırladaq ki, hadisə dünən - Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. 

Mövzular:
Aqta Tovuz Kütləvi zəhərlənmə

Digər Xəbərlər