İsrail atəşkəsi saxlamaq üçün şərtləri AÇIQLADI
"İran belə etsə, İsrail atəşkəsə əməl edəcək".
Ajans.az xəbər verir ki, Axios mənbələrə istinadən məlumat verir ki, bütün tərəflər buna əməl edərsə, İsrail və İran arasında atəşkəs qüvvədə qalacaq .
“İranla atəşkəs bütün tərəflər buna əməl edərsə işləyəcək”, - İsrail rəsmisi agentliyə deyib.
Bundan əvvəl Tramp İran-İsrail münaqişəsində atəşkəsin başladığını elan edərək , hər iki tərəfi onu pozmamağa çağırıb. O, həmçinin bildirib ki, atəşkəs qeyri-müəyyəndir və “əbədi davam edəcək”.
İyunun 24-də səhər saatlarında İranın Press TV telekanalı İranın İsrail ərazisinə dörd dalğa hücumundan sonra atəşkəsin qüvvəyə mindiyini bildirib.
Mövzular: