Tehran tüstü içində: SEPAH-ın qərargahı VURULDU
İsrail Hərbi Hava Qüvvələri Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahını vurub.
Ajans.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail hərbi aviasiyası Tehrandakı hərbi hədəflərə növbəti hücumlar dalğasına başlayıb.
Zərbələrdən sonra İranın paytaxtında güclü partlayış səslərinin eşidildiyi bildirilib. İsrail Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra Tehranın şimalının bir hissəsi elektriksiz qalıb. Hava hücumlarından sonra şəhərin bir çox istiqamətlərində tüstü qalxıb.



Mövzular: