Reklam resmi
Reklam resmi

BMT İranla bağlı birgə qətnaməni dəstəkləməlidir- Çindən AÇIQLAMA

BMT İranla bağlı birgə qətnaməni dəstəkləməlidir- Çindən AÇIQLAMA
Gündəm

Çin BMT Təhlükəsizlik Şurasının Rusiya, Çin və Pakistan tərəfindən təqdim edilmiş İranla bağlı qətnamə layihəsini dəstəkləyəcəyinə ümid edir.

Ajans.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinqdə bildirib.

“Çin ümid edir ki, Təhlükəsizlik Şurasının üzvləri bu qətnamə layihəsini dəstəkləyəcək və bu qurumun beynəlxalq sülh və təhlükəsizliyin təminində real rolunu təşviq edəcəklər”, – deyə diplomat vurğulayıb.

Çin tərəfi qeyd edib ki, sözügedən qətnamə bölgədə gərginliyin azaldılmasına və diplomatik həll yollarının təşviqinə yönəlib.

Mövzular:
Çin BMT Rusiya Çin Pakistan Qətnamə

Digər Xəbərlər