Reklam resmi
Reklam resmi

ABŞ-ın endirdiyi zərbələr cavabsız QALMAYACAQ

ABŞ-ın endirdiyi zərbələr cavabsız QALMAYACAQ
Hadisə

ABŞ-ın İran ərazisində yerləşən üç nüvə obyektinə endirdiyi zərbələr cavabsız qalmayacaq.

Ajans.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

“ABŞ bizə hücum edib. Siz bu vəziyyətdə olsaydınız, nə edərdiniz? Təbii ki, bu addım cavabsız qalmamalıdır,” – deyə Pezeşkian Makronun təmkinli olmağa çağırışına cavab olaraq bildirib. İran prezidentinin sözlərini onun administrasiyası yayıb.

Pezeşkian əlavə edib ki, Tehran həmişə danışıqlara açıq olduğunu bəyan edib, lakin “qarşı tərəf İran xalqından təslim olmağı tələb edib”.

Mövzular:
İran İsrail qarşıdurma hücum hava zərbə ABŞ

Digər Xəbərlər