Reklam resmi
Reklam resmi

Ağdamda maaşını ala bilməyən FƏHLƏDƏN TƏHLÜKƏLİ ADDIM

Ağdamda maaşını ala bilməyən FƏHLƏDƏN TƏHLÜKƏLİ ADDIM
Hadisə

Ağdamda maaşını ala bilməyən fəhlə özünü atmaq istəyib.

Ajans.az xəbər verir ki, Ağdamda maaşı yığılıb qalan fəhlə, pulunu ala bilmədiyi üçün özünü hündür binadan atmaq istəyib. Hadisə ilə bağlı məlumat “Facebook” sosial şəbəkəsində yayılıb. 

Məlumata görə hadisə Ağdam şəhərində baş verib. Tikinti şirkəti pulu vermədiyi üçün işçi binanın ən hündür yerinə çıxıb və özünü atmağa cəhd göstərib. 

Fövqəladə Hallar Nazirliyinin işçiləri və  təcili tibbi yardım maşınları dərhal hadisə yerinə cəlb olunub. 

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına və FHN-ə müraciət etsək də, faktla bağlı heç birindən açıqlama verilmədi.

author picture
Zərif Sofiyeva
Mövzular:
Ağdam Fəhlə FHN

Digər Xəbərlər