Reklam resmi
Reklam resmi

Neftin qiymətində ŞOK ADDIM -HƏYƏCAN SİQNALI

İqtisadiyyat
588

İyunun 12-də İran ilə İsrail arasında münaqişənin başlaması dünya dövlətlərində qızılın, neftin, əmtəənin dəyişməsinə səbəb olub. Hələ də davam edən münaqişə qlobal iqtisadiyyatda və ölkələrarası ticarət əlaqələrində özünü göstərib.

Ajans.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hələlik əmtəə birjalarında fövqəl hadisələr baş verməyib. Yəni, bu qədər gərginliyə baxmayaraq, qızılın və neftin qiymətində kəskin dəyişim fərqləri yoxdur. 

Ekspert açıqlayıb ki, münaqişənin başladığı ilk gün birjalarda neftin qiyməti 12%-dək artdı. Lakin sonradan nisbətən sabitlik yarandı. Hətta ilk günlər 1-2% aralığında neftin qiymətində düşmələr müşahidə edilib. 

Onun sözlərinə görə, bu vəziyyətin nə qədər davam etməsindən çox şey asılıdır. Əgər müharibə çox uzanarsa və digər ölkələrə yayılarsa( əsasən Hörmüz boğazı, Süveyş kanalına təsir etsə) bu zaman ciddi təsirlər qaçılmazdır. 

O vurğulayıb ki, bu proseslərin uzanması  hətta neftin qiymətinin 100 dollardan da yuxarı olmasına gətirib çıxara bilər. Eyni fikir qızılın qiymətinə də aiddir. Qızıl iqtisadiyyat üçün “güvənli liman” funksiyasını yerinə yetirir. Geosiyasi gərginliklərdə investorlar öz investisiyalarını daha çox qızıla yatırırlar.

author picture
Zərif Sofiyeva
Mövzular:
Qlobal iqtisadiyyat Neft Qızıl

Digər Xəbərlər