Reklam resmi
Reklam resmi

İsraildə tibbi müəssisəyə HÜCUM-Xəstəxanaya giriş dayandırılıb

İsraildə  tibbi müəssisəyə HÜCUM-Xəstəxanaya giriş dayandırılıb
Gündəm

İsrailin cənubundakı Beer-Şeva şəhərindəki xəstəxana İranın endirdiyi zərbələr nəticəsində zədələnib.

Ajans.az CNN-ə istinadən xəbər verir ki, Soroka Tibb Mərkəzinin sözçüsü, müxtəlif ərazilərdə geniş dağıntıların olduğunu qeyd edərək, "Hazırda zərərləri, o cümlədən xəsarətləri qiymətləndiririk" dedi.

"Xahiş edirik ki, indi xəstəxanaya gəlməyəsiniz"- dedi sözçü.

Hadisə ilə bağlı Telegram-da yayımlanan videolarda bir neçə tikilinin zədələndiyi və yerdə qalan dağıntıların olduğu göstərilib.

author picture
Tərlan Əmrahova
Mövzular:
İsrail Beer-Şeva şəhəri İran Hücum

Digər Xəbərlər