Reklam resmi
Reklam resmi

Paytaxtda oğurluq edənlər saxlanılıb

Paytaxtda oğurluq edənlər saxlanılıb
Hadisə

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evlərin birindən oğurluq olub.

Ajans.az Trendə istinadən bildirir ki, zərərçəkən polisə müraciət edərək evindən ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və nağd pulun talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmiş N.Yusubov saxlanılıb.

Nizami rayonunda isə kafelərin birindən 261 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 25 yaşlı Ş.Xudaverdiyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Mövzular:
DİN Oğurluq

Digər Xəbərlər