Reklam resmi
Reklam resmi

"28 May" stansiyasında tələbə qatar yoluna düşdü

\"28 May\" stansiyasında tələbə qatar yoluna düşdü
Hadisə

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Ajans.az Modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq, gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.

Mövzular:
28 May Tələbə

Digər Xəbərlər