17 yaşlı gənc 5-ci mərtəbədən YIXILDI
Şəmkir rayonunun Kür qəsəbə sakini, 2008-ci il təvəllüdlü Vasif Əlizadə yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
Ajans.az xəbər verir ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılan 17 yaşlı yeniyetməyə tibbi yardım göstərilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Mövzular: