İsraildən AÇIQLAMA: 10 nüvə obyekti məhv ediləcək
İranın 10 nüvə obyekti Tehranda yerləşir və İsrailin Hərbi Hava Qüvvələri artıq bu gün onlara zərbə endirmək niyyətindədir.
Ajans.az REPORT-a istinadən xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri İsrael Kats deyib.
Nazir bildirib ki, Hərbi Hava Qüvvələri xüsusilə bu gün Tehranda "çox mühüm, strateji hədəflərə və infrastruktur obyektlərinə" zərbələr endirəcək.
Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu yaxınlıqda olan insanları təxliyə barədə xəbərdar edəcək.
İranın nüvə obyektlərinə gəlincə, İ.Kats bildirib ki, Fordo yeraltı obyekti şübhəsiz ki, həll ediləcək məsələdir: "Tehranda İsrailin məhv edəcəyi 10-dan çox nüvə obyekti var".
Mövzular: