Ağdamda dördotaqlı ev yanır - Səbəb mürəbbədir
Ağdamda 4 otaqlı ev yanır.
Ajans.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Mirəşelli kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini Səmədov Aydın Muxtar oğluna məxsus 4 otaqlı evdə çıxan yanğına səbəb mürəbbədir.
Belə ki, evdə bişməsi üçün qaz peçinin üstünə qoyulan mürəbbə daşıb. Yanğın da bundan sonra çıxıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub.
Mövzular: