İranlı nüvə alimləri də ÖLDÜRÜLDÜ
İsrailin hücumları nəticəsində ən azı altı iranlı nüvə alimi həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə İranın “Mehr news” məlumat yayıb.
Həlak olan nüvə alimləri arasında Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi də var.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Mövzular: