Reklam resmi
Reklam resmi

Yaxın Şərq təhlükəli yerə çevrilə bilər - Tramp

Yaxın Şərq təhlükəli yerə çevrilə bilər - Tramp
Siyasət

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki bəzi ölkələrdən Amerika ordusunun geri çəkilməsini dəyərləndirib.

Ajans.az xəbər verir ki, o, bölgənin təhlükəli məkana çevrilə biləcəyini bildirib: 

“Onlara geri çəkilmək üçün bildiriş verdik. Onların nüvə silahı ola bilməz, buna icazə verməyəcəyik”.

Vaşinqtonda keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandıran Tramp, bəzi ABŞ personalının geri çağırıldığını təsdiqləyib.

Tramp “Truth Social”da paylaşımında ABŞ ordusunun gələcəkdə də qələbə qazanacağına əmin olduğunu vurğulayıb. Digər tərəfdən, ABŞ Dövlət Departamenti İraqdakı missiya heyətinin azaldıldığını açıqlayıb. Bəhreyn və Küveytdə isə hərbçilərin ailə üzvlərinə bölgəni könüllü tərk etməyə icazə verilib.

Bu addımlar İran-İsrail arasında gərginliyin artdığı, Tehranın yeni nüvə sazişi axtardığı bir dövrə təsadüf edir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
ABŞ Tramp Ordu Geri çəkilmə Yaxın şərq

Digər Xəbərlər