Reklam resmi
Reklam resmi

“Təhminə”nin Mədinəsi insult keçirdi

“Təhminə”nin Mədinəsi insult keçirdi
Hadisə

Moskvada yaşayan 75 yaşlı azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.

Ajans.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı film sahəsi üzrə prodüser Səbuhi Məmmədov feysbuk hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, L.Xələfova hazırda xəstəxanadadır:

“Xələfova sağalmağa doğru gedir. O, səhhəti ilə bağlı fəaliyyət göstərə bilməyəcək. Onun yanında ailəsi və dostları var. Aktrisaya qızı Elnarə Vəzirova baxır”.

Qeyd edək ki, o, “İstintaq davam edir”, “Təhminə”, “Sən həmişə mənimləsən”, “De ki, məni sevirsən!”, “Kənar adamlar”, “Şir evdən getdi”, “Hədiyyə” və başqa filmlərdə rol alıb.

author picture
Zərif Sofiyeva
Mövzular:
Təhminə Larisa Xələfova Aktrisa

Digər Xəbərlər